Bakı. Trend:
Argentinanın paytaxtı Buenos-Ayresdə hökumətin pensiya ixtisarlarına qarşı keçirilən kütləvi etiraz aksiyalarında gərginlik yaşanıb. Dinc başlayan aksiyaya futbol azarkeşlərinin qoşulması ilə nümayiş iğtişaşlara çevrilib. Azı 150 aksiya iştirakçısı saxlanılıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, aksiyanın yatırılması üçün hadisə yerinə mindən çox polis əməkdaşı cəlb olunub. Hiddətlənmiş aksiya iştirakçıları polis maşınlarını və zibil yeşiklərini yandırıblar.
İğtişaşçıları dağıtmaq üçün asayış keşikçiləri gözyaşardıcı qaz tətbiq edib.