...

Nəsimidə bank kartından oğurluq edən şəxs tutulub

Cəmiyyət Materials 13 Mart 2025 14:41 (UTC +04:00)
Nəsimidə bank kartından oğurluq edən şəxs tutulub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonunda bank kartından oğurluq edən şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 424 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı K.Əlizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti