Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azəri-Çıraq-Günəşli yatağından 2,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 100 min ton və ya 3,7% azdır. Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Qeyd edək ki, cari ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton (584 min barrel) olub. Bunun 63,1 min tonunu (465 min barrel) xam neft, 14,4 min tonunu (119 min barrel) kondensat təşkil edib.