...

Hazırkı münaqişələr dünya düzəninin həssaslığını nümayiş etdirir - Akif Çağatay Kılıç

Siyasət Materials 13 Mart 2025 18:56 (UTC +04:00)
Hazırkı münaqişələr dünya düzəninin həssaslığını nümayiş etdirir - Akif Çağatay Kılıç
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Hazırkı münaqişələr dünya düzəninin həssaslığını nümayiş etdirir.

Trend xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç deyib.

"Son və davam edən münaqişələr - Qəzzadakı müharibə, Ukraynadakı müharibə, Qərbi Afrika və Cənubi Asiyadakı böhranlar hazırkı dünya düzəninin həssaslığını nümayiş etdirir. Azərbaycanla Ermənistan arasında münaqişə 30 ildən artıq davam edib. Biz var gücümüzlə qışqırdıq ki, problem mövcuddur, ədalətsizlik baş verib, amma düzgün hərəkət etməli olanlar susmağı üstün tutdular", - o bildirib.

Kılıç qeyd edib ki, sülhə və İkinci Dünya Müharibəsindən sonra qurulan sistemə inam məhv edilib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti