Bakı. Trend:
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 137 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 25 obyekt çoxdur.
Trend xəbər verir ki, Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 87 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 27 obyekt çoxdur.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyədə 112 min 818 mənzil satın alınıb ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 20,1 faiz çoxdur.
Məlumata görə, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyədə 224 min 991 mənzil satın alınıb.
"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,1 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.
2025-ci ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara min 457 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azdır.
Eyni ilin yanvar-fevral aylarında əcnəbi vətəndaşlar Türkiyədən 3 min 4 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz azdır.