...

Fazil Qasımov və Anar Əliyevə hökm oxunub

Cəmiyyət Materials 13 Mart 2025 18:27 (UTC +04:00)
Fazil Qasımov və Anar Əliyevə hökm oxunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Fazil Qasımovun 10 il müddətinə, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

Xəbər lenti

Xəbər lenti