...

Qlobal səviyyədə idarəçilik dəyişməlidir - Vu Honqbo

Siyasət Materials 13 Mart 2025 14:14 (UTC +04:00)
Qlobal səviyyədə idarəçilik dəyişməlidir - Vu Honqbo
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Biz hazırda çoxqütblü dünya haqqında danışırıq. Hazırda çoxqütblülər arasında çaşqınlıq və yaxud xaosla üzləşmişik. Bu yaxınlarda BMT 80 illik yubileyini qeyd edəcək. Hamı gələcəyi necə qurmaqla bağlı tarixə baxmalıdır. BMT fəaliyyətini davam etdirməli, yoxsa dayandırmalıdır? Biz çarxı yenidən icad etməməliyik. Hesab edirəm ki, BMT-nin effektivliyini təmin etməklə onu saxlamalıyıq”.

Trend xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasda Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo deyib.

O bildirib ki, qlobal səviyyədə idarəçilik dəyişməlidir: "Çoxqütblü dünya kiminsə ideyası, xülyası deyil. Çin inanır ki, ABŞ-la həm dost, həm də tərəfdaş ola bilər. Sadəcə, böyük güclər özlərini böyük kimi aparmalıdır”.

“Biz tarixi ədaləti bərpa etməliyik, xüsusilə Afrika ölkələrinə qarşı", - deyə xüsusi nümayəndə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti