...

“Abşeron” yatağından kondensat hasilatı artıb

İqtisadiyyat Materials 13 Mart 2025 15:30 (UTC +04:00)
“Abşeron” yatağından kondensat hasilatı artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında “Abşeron” yatağından 100 min ton kondensat hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 4 min ton və ya 4,2% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə “Abşeron” yatağından 96 min ton kondensat hasil edilib.

Qeyd edək ki, bu dövrdə “Abşeron” yatağından 300 milyon kubmetr təbii qaz hasil edilib ki, bu da, illik müqayisədə dəyişməyib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti