...

Mingəçevirdə gənclər arasında dava olub, xəsarət alanlar var

Hadisə Materials 13 Mart 2025 14:43 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevir şəhəri Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı şəhər polis şöbəsində istintaq araşdırmalarına başlanılıb və xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti