...

Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir - ÜST-nin Baş direktoru

Siyasət Materials 13 Mart 2025 12:04 (UTC +04:00)
Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir - ÜST-nin Baş direktoru
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir.

Trend xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

"Mən Bakıya bir neçə ay öncə COP29-da iştirak etmək üçün gəlmişdim. Qısa bir müddət sonra Azərbaycanın bu cür yaxşı təşkil olunmuş tədbirə ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevi təbrik edirəm. Bundan əlavə COP29-da əldə edilmiş əhəmiyyətli nəticələrə görə hər birinizi təbrik edirəm. Hamımız bilirik ki, danışıqlar asan deyildi, lakin nəticədə iqlim maliyyəsi ilə bağlı mühüm öhdəliklər qəbul olundu", - o bildirib.

Onun sözlərinə görə, bir çox dövlətlər ümumi problemə birgə həll yolu tapmaq üçün bir araya gəldilər.

"Bu asan deyil, amma buna dəyər. Faktiki olaraq bu yeganə yoldur. Biz elə zamanda yaşayırıq ki, belə razılaşmalar heç zaman olmadığı qədər vacibdir. Biz yalnız milli və ya ikitərəfli əsasda həll olunacaq yalnız milli və ikitərəfli problemlər dünyasında yaşamırıq. Bir biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq. Bunlar birgə həllər tələb edirlər. Müharibələr, münaqişələr mövcuddur, virusların yayılması, yoxsulluq, ərzaq çatışmazlığı, bərabərsizlik, iqlim dəyişikliyinin yaratdığı böyük hədələr və problemlər mövcuddur. Bunların hər birinin öhdəsindən gəlmək üçün birhə səylər göstərilməlidir", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti