Bakı.Trend:
Azərbaycan beynəlxalq münasibətlərdə bərabərlik prinsipini təşviq edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” mövzusunda panel müzakirələrində deyib.
“Bu mürəkkəb və çətin dönəmlərdə bizi tanıyan, bizə dəyər verən, bizə etibar edən tərəfdaşlarla əməkdaşıq etməyin vacib olduğuna əminik. Biz beynəlxalq münasibətlərdə bərabərlik prinsipini təşviq edirik. Azərbaycan ikitərəfli münasibətlərə, bizim alyanslara və tərəfdaşlıqlara, həmçinin, regional və qlobal institutlara çoxlu güc sərf edib. Biz üzvü olduğumuz bütün beynəlxalq institutlarda və təşkilatlarda aktiv şəkildə iştirak edirik”, - deyə XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, uğurlu çoxqütblü sistemin şərtlərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmaması kimi əsas prinsiplərə hörmət edilməsidir.