...

Estoniyalı parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər (FOTO)

Siyasət Materials 13 Mart 2025 14:15 (UTC +04:00)
Estoniyalı parlamentarilər Ulu Öndər Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Estoniya Respublikası Parlamentinin Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Riina Solman və qrupun üzvü Maria Jufereva-Skuratovski martın 13-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sonra nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb, qonağlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Afət Həsənova və digər rəsmi şəxslər müşayiət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti