...

Gələcəyə ümid bəsləmək ümumi anlaşmaya xidmət edir - Rebekka Qrinspan

Siyasət Materials 13 Mart 2025 14:34 (UTC +04:00)
Gələcəyə ümid bəsləmək ümumi anlaşmaya xidmət edir - Rebekka Qrinspan
Aydan Məmmədova
Aydan Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə aldığımız bildirişlərin 95 faizi ticarətə zərər vurulan məhdudiyyətlə bağlı olub. İllər keçdikcə görürük ki, bu günə qədər məhz ticarətə zərər vuran 3200-dək məhdudiyyətin şahidi olmuşuq.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebekka Qrinspan XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Biz həll variantlarını elə müəyyənləşdirə bilərik ki, hamı tərəfindən istifadə olunsun.

Bu gün süni intellekt elmi ixtiraları sürətləndirsə də, bədbinliyimiz hələ qalır. Əgər bərpaolunan enerjiyə, enerji keçidinə sərf edilən xərclər azı 80 faiz olmasa, biz iqlim böhranından çıxa bilməyəcəyik.

Nizami Gəncəvi də əsərlərində yazmışdır ki, hər qaranlıq gecənin bir sübhü var. Biz də həmin yanaşma ilə məsələləri həll etməliyik. Gəlin, ümid edək. Çünki ümid etmək müdrik yanaşmadır və ümumi anlaşmaya xidmət edir. Biz bu yol ilə getməliyik”, - deyə Rebekka Qrinspan bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti