...

AÇG-dən hasil edilən təbii qazın həcmi artıb

İqtisadiyyat Materials 13 Mart 2025 15:07 (UTC +04:00)
AÇG-dən hasil edilən təbii qazın həcmi artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azəri-Çıraq-Günəşli yatağından 2,2 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 100 milyon kubmetr və ya 4,8% çoxdur.

Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 2,1 milyard kubmetr təbii qaz hasil edilib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti