...

Yevlaxda bıçaqlaşma - Ölən və yaralanan var (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 13 Mart 2025 18:54 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Yevlaxda bıçaqlaşma olub.

Trend-in yerli müxbirinin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yaranmış mübahisə zamanı bıçaq xəsarəti alan 2008-ci il təvəllüdlü Ayxan Quliyev həyatını itirib, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı bıçaq xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Trend-in əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdü Mustafalı Həsən, 2007-ci təvəllüdlü Quliyev Rəhim və 2005-ci il təvəllüd Mustafazadə Məhəmməd polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər lenti

Xəbər lenti