...

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edilib (FOTO)

Siyasət Materials 13 Mart 2025 19:53 (UTC +04:00)
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi və mövcud sübutlar tam aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlər tək-tək və ya təsadüfi deyil, etnik və dini nifrət və dözümsüzlük zəminində törədilən vəhşiliklərin geniş və sistemli siyasətinin və praktikasının tərkib hissəsidir.

Ağır cinayətlərə görə məsuliyyət mütləqdir və qaçılmaz olmalıdır.

Azərbaycan öz xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq”, - paylaşımda deyilir.

Xəbər lenti

Xəbər lenti