Bakı. Trend:
Misirin İsmailiyyə vilayətində sərnişin qatarı ilə mikroavtobus toqquşub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Hadisə mikroavtobusun əl-Qantara Şarq stansiyası yaxınlığında qatarın qarşısına qəfil çıxması nəticəsində baş verib.
İlkin məlumata görə, sürücü mikroavtobusu müəyyən olunmamış yerdən sürməyə çalışıb.