Bakı. Trend:
Azərbaycan güləşçisi Xasay Həsənli Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Trend xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən idmançımız çexiyalı Mixail Zelenkaya 9:1 hesabı ilə qalib gəlib.
