...

Ağstafada kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

Hadisə Materials 13 Mart 2025 21:57 (UTC +04:00)
Ağstafada kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafada 9 nəfər dönərdən zəhərlənib.

Trend-in əldə etdiyi məlumata görə, 3-ü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onların rayon ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Zəhərlənənlərdən 3-ü ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti