...

Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəni davam etdirir

İdman Materials 13 Mart 2025 21:15 (UTC +04:00)
Azərbaycan güləşçiləri Avropa çempionatında mübarizəni davam etdirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, yarışın altıncı günündə yunan-Roma güləşi üzrə beş çəki dərəcəsində mübarizəyə start verilib. Digər çəki kateqoriyalarında isə təsəlliverici qarşılaşmalar baş tutub.

Azərbaycan millisinin yarışa qoşulan beş güləşçisindən ikisi yarımfinala yüksəlib. Onlardan Ruslan Nurullayev finala adlayıb, Elmin Əliyev isə yarımfinalda məğlub olub və bürünc medal uğrunda mübarizə aparacaq.

Yunan-Roma güləşi:
60 kq – Hüseyn Qəribov 1/8 finalda Türkiyə təmsilçisi Mert İlbarsa 4:6 hesabı ilə məğlub olub.

67 kq – Fərid Xəlilov almaniyalı Yanis Hainzelbekkeri 6:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda rusiyalı Daniyal Ağayevə (UWW) 1:5 hesabı ilə uduzub.

72 kq – Ruslan Nurullayev bolqarıstanlı Dimitar Georgiyevi (10:1) və litvalı Rokas Çepauskası (3:1) məğlub edərək yarımfinala yüksəlib. O, yarımfinalda ukraynalı Oleq Xəlilov üzərində 4:2 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

82 kq – Elmin Əliyev macarıstanlı Dominik Botosu (5:2) və isveçli Aleksander Yohanssonu (6:5) məğlub edərək yarımfinala yüksəlib. Lakin finala gedən yolda moldovalı Aleksandru Soloveyə 0:8 hesabı ilə uduzub və bürünc medal uğrunda mübarizəni davam etdirəcək.

97 kq – Aqil Musayev 1/8 finalda Ermənistan təmsilçisi Harutyun Kirakosyana "tuş"la məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 19:45-də, medal görüşləri isə 21:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti