...

XİN rəhbəri Çinin keçmiş xüsusi nümayəndəsi ilə münaqişədən sonrakı regional vəziyyəti müzakirə edib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 Mart 2025 20:01 (UTC +04:00)
XİN rəhbəri Çinin keçmiş xüsusi nümayəndəsi ilə münaqişədən sonrakı regional vəziyyəti müzakirə edib (FOTO) (ƏLAVƏ OLUNUB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

13 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 12-ci Qlobal Bakı Forumu çərçivəsində Çin Xalq Respublikası Hökumətinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi Vu Honqbo ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığından irəli gələn məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Qlobal Bakı Forumunun bəşəriyyəti narahat edən, habelə daha inklüziv dünya düzəni ilə bağlı məsələlərin müzakirəsi baxımından vacib platforma olduğu qeyd olunub, Azərbaycan tərəfinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edilib.

Nazir Ceyhun Bayramov şinkişaf edən ikitərəfli və çoxtərəfli münasibətlərimizin tarixində xüsusilə ötən ilin Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin təsbit olunması baxımından əhəmiyyət kəsb etdiyini qeyd edib. Strateji tərəfdaşlığımızın bu dinamikasının qorunmasının, habelə əməkdaşlığın genişləndirilməsinin vacibliyi, bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Çinin daim bir-birilərinin ərazi bütövlüyü, suverenliyinə davamlı dəstək göstərdiyi qeyd olunub və buna görə təşəkkür ifadə edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Çin tərəfinin iştirak və töhfələri xüsusi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti