...

Nəriman Abbasov Bakıda revanş döyüşü keçirə bilər

İdman Materials 14 Mart 2025 00:46 (UTC +04:00)
Nəriman Abbasov Bakıda revanş döyüşü keçirə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov, rusiyalı Marif Pirayevlə Bakıda revanş döyüşü keçirmək istəyir.

Trend xəbər verir ki, bu barədə Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov məlumat verib.

O, döyüşçülər arasında Bakıda üçüncü döyüşü təşkil etmək istədiklərini və hazırda bu istiqamətdə danışıqlar apardıqlarını bildirib. Abbasov, görüş üçün dəstək alındığı təqdirdə, döyüşün mütləq Bakıda təşkil ediləcəyini vurğulayıb. Məşqçi, bunun azərbaycanlı MMA həvəskarları arasında böyük maraq yaradacağına əmin olduğunu qeyd edib.

Xatırladaq ki, Nəriman Abbasov 2024-cü ilin dekabrında Moskvada keçirilən döyüşdə hakimlərin qərarı ilə Marif Pirayevə uduzmuşdu. Abbasovun məşqçilər korpusu nəticədən narazı qaldıqlarını bildirərək, döyüşün pankration üzrə hakimlər tərəfindən idarə edildiyini vurğulamışdılar.

Əvvəlki döyüşdə isə 2022-ci ilin iyununda AMC Fight Nights təşkilatının təşkil etdiyi görüşdə Nəriman Abbasov qalib gəlib.

Xəbər lenti

Xəbər lenti