Bakı. Trend:
Tailandın Petçaburi əyalətində turist avtobusunun qəzaya uğraması nəticəsində 36 sərnişin xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə Khaosod qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə cümə günü yerli vaxtla saat 04:00 radələrində baş verib. Ranonqdan Banqkoka gedən avtobus hərəkət zamanı elektrik xəttinin dayağına çırpılıb. Avtobusda Tailand (15 nəfər), Myanma (12 nəfər) və ABŞ (9 nəfər) vətəndaşları olub.
Bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Həkimlər üç nəfərin vəziyyətini ağır kimi qiymətləndirərək, onların xəstəxanada müalicəyə ehtiyac duyduğunu bildiriblər.
Polis hadisəni araşdırarkən sürücünün sükan arxasında yuxuladığını etiraf etdiyini açıqlayıb. Bundan sonra o, səhlənkarlıqda ittiham olunub.