...

ABŞ 48 buzqıran gəmisinin tikintisinə göstəriş verəcək

Dünya xəbərləri Materials 14 Mart 2025 00:58 (UTC +04:00)
ABŞ 48 buzqıran gəmisinin tikintisinə göstəriş verəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp, ölkəsinin 48 buzqıran gəmisinin tikintisinə göstəriş vermək niyyətində olduğunu bildirib.

Trend xəbər verir ki, Tramp bunu Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı söyləyib. O, qeyd edib ki, sifariş prosesi artıq başlayıb və 48 buzqıran gəmisinin tikintisi planlaşdırılır.

Tramp həmçinin Kanadanın bu buzqıran gəmilərdən istifadə edə bilib-bilməyəcəyini maraqlandırdığını açıqlayıb. Prezident Kanadaya belə bir imkan təqdim edəcəyini, amma bunun üçün onların maliyyə ödənişi etmələri lazım olduğunu bildirib.

"Əgər siz ayrıca bir ölkəsinizsə, öz buzqıran gəminiz olmalıdır. Rusiyanın 40-a yaxın buzqıran gəmisi var, amma bizdə yalnız bir böyük buzqıran gəmi var. Bu ərazi çox vacibdir və bizim mühafizəmiz olmalıdır", - Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti