Bakı. Trend:
İsrail ordusu Livanın şərqində yerləşən Bəqaa vadisində “Hizbullah” təşkilatının silah istehsalı və saxlanması üçün istifadə etdiyi obyektə hava zərbəsi endirib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bəyanata görə, İsrail ordusu yəhudi dövlətinə qarşı potensial təhdidləri aradan qaldırmaq üçün hərbi əməliyyatlarını davam etdirəcək.
