Braziliyada keçiriləcək COP30 Liderlər Sammitinin tarixi dəyişdirilib

Dünya xəbərləri Materials 14 Mart 2025 03:56 (UTC +04:00)
Braziliyada keçiriləcək COP30 Liderlər Sammitinin tarixi dəyişdirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya hökuməti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Dövlət Başçıları Sammitinin tarixini erkən təyin etmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə Braziliya Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, sammit 2025-ci il noyabrın 6-7-də Para ştatının paytaxtı Belemdə baş tutacaq.

Qərarın əsas məqsədi açılış mərasiminin daha rahat və təşkilati baxımdan səmərəli keçirilməsini təmin etməkdir.

"Sammit COP-un rəsmi tədbirlərindən biridir və onun erkən keçirilməsi qərarı Braziliya tərəfindən qəbul edilib. Bu dəyişiklik bizə daha dərin müzakirələr aparmaq üçün əlavə vaxt qazandıracaq, eyni zamanda hotellər və şəhər üzərində təzyiqləri azaldaraq tədbirin rəsmi açılışını daha yaxşı təşkil etməyə imkan verəcək", – məlumatda qeyd olunub.

Qeyd edək ki, sammit 10-21 noyabr tarixlərində keçiriləcək COP30-un rəsmi tədbirlərindən biri olacaq və Braziliyanı iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrin mərkəzinə çevirəcək.

Xəbər lenti

Xəbər lenti