Bakı. Trend:
Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Trend xəbər verir ki, 1/4 finala yüksələn son klub "Legiya" olub. Polşa təmsilçisi öz meydanında əlavə vaxtda "Molde"ni mübarizədən kənarlaşdırıb.
"Real Betis" səfərdə "Vitoriya"nı darmadağın edib. "Çelsi" "Kopenhaqen" üzərində minimal hesablı qələbə qazanıb.
Qeyd edək ki, turnirin 1/4 final mərhələsinin oyunları aprelin 10-u və 17-si keçiriləcək.
1/8 final, cavab oyunları:
21:45. “Luqano” - “Selye” 5-4 (0-1) (pen. 1-3)
21:45. “Rapid” - "Boraç" 2-1 (1-1)
21:45. “Serkl Brüqqe” - “Yaqelloniya” 2-0 (0-3)
21:45. “Yurqorden” - “Pafos” 3-0 (3-1)
00:00. “Leqiya” - “Mölde” 2-0 (2-3)
00:00. “Vitoriya” - “Real Betis” 0-4 (2-2)
00:00. “Fiorentina” - “Panatinaikos” 3-1 (2-3)
00:00. “Çelsi” – “Kopenhaqen” 1-0 (2-1)
