Bakı. Trend:
Filippinin keçmiş prezidenti Rodriqo Duterte, ilk dəfə olaraq martın 13-də Bakı vaxtı ilə saat 17:00-da Beynəlxalq Cinayət Məhkəməsi (BCM) qarşısında çıxış edəcək.
Trend xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl məhkəmə Duterte'nin nəzarətə götürüldüyünü və bütün tibbi müayinələrdən keçdikdən sonra Haaqa həbsxana kompleksinə aparıldığını bildirmişdi.
Keçmiş prezident, bəşəriyyətə qarşı cinayətlərdə şübhəli bilinərək, 12 mart tarixində Hollandiyaya gəlib. BCM-nin iddiasına görə, Duterte, 2016-2022-ci illərdə Filippində narkotiklərlə mübarizə adı altında həyata keçirilən qətllərə "fərdi olaraq cavabdehdir və dolayısı ilə iştirakçıdır".
BCM Prokurorluq İdarəsi 2021-ci ilin 15 sentyabr tarixində Filippindəki vəziyyətlə bağlı tam təhqiqat başlatmışdır.
