...

Amerikalı hərbçilər Panamada ABŞ hərbi varlığını genişləndirmək üçün əməliyyat planları hazırlayıblar

Turizm Materials 14 Mart 2025 02:34 (UTC +04:00)
Amerikalı hərbçilər Panamada ABŞ hərbi varlığını genişləndirmək üçün əməliyyat planları hazırlayıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı hərbçilər, ABŞ Prezidenti Donald Trampın Administrasiyasının əmri ilə, Panamada Birləşmiş Ştatların hərbi varlığını genişləndirmək məqsədilə bir neçə əməliyyat variantı hazırlayıblar, o cümlədən Panama kanalının ələ keçirilməsi üzrə əməliyyat.

Trend xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, hərbi gücdən istifadə ehtimalı Panama tərəfinin hərbi qurumlar xətti ilə ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə hazır olmasından asılıdır.

Həmçinin, Tramp administrasiyasının əsas məqsədi Çinin Panama kanalına təsirini azaltmaqdır. Hazırda Panamada yalnız 200-ə yaxın amerikalı əsgər və zabit var və onların arasında xüsusi təyinatlı bölmələr də mövcuddur.

Xəbər lenti

Xəbər lenti