...

Macarıstanın baş naziri Ukraynaya səfər edəcək

Dünya xəbərləri Materials 2 İyul 2024 08:27 (UTC +04:00)

Bakı. Trend:

Macarıstanın baş naziri Viktor Orban çərşənbə axşamı Kiyevə səfər edəcək və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti belə bir görüşü təşkil etmək planları ilə tanış olan üç nəfərə istinadən bildirib.

Məlumata əsasən, Macarıstanın baş nazirinin Zelenski ilə yanaşı, digər Ukrayna rəsmiləri ilə də danışıqlar aparacaq.

Qeyd olunub ki, bu, Orbanın Ukraynada silahlı münaqişə başlayandan sonra Kiyevə ilk səfəri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti