...

Rusiyada qasırğa: 2 ölü, 6 yaralı

Dünya xəbərləri Materials 2 İyul 2024 13:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhəri və Leninqrad vilayətində güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, fırtına o qədər güclü olub ki, Sankt-Peterburqda yüzlərlə ağac qırılıb, qüllə kranı qopub, hasarlar uçub.

Ölənlərdən birinin qadın, digərinin isə 11 yaşlı oğlan olduğu bildirilib.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti