...

“YouTube” süni intellektlə hazırlanan videolarla bağlı son qərarını verib

Gündəm Materials 2 İyul 2024 13:07 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“YouTube” son vaxtlar artan süni intellekt texnologiyaları ilə istehsal edilən saxta məzmuna qarşı yeni bir addım atıb.

Trend-in məlumatına görə, istifadəçi “deepfake” (Dipfeyk süni intellekt neyron şəbəkələrindən istifadə edərək yaradılan foto, audio və video materialların, səsin sintezi üçün texnologiyadır) məzmunlu video yayımlayırsa, bunu həm “YouTube”a, həm də şərh bölməsində izləyicilərinə bildirməlidir. Bu məlumat paylaşılmazsa, video ən qısa zamanda silinəcək.

Yuxarıda göstərilən şərtlərə əməl olunmazsa platforma rəsmi olaraq istifadəçilərin şikayətlərinə uyğun olaraq belə məzmunu siləcəyini açıqlayıb.

Qeyd edək ki, yüklənən hər hansı "deepfake" video şikayətdən sonra 48 saat ərzində silinəcək və onu yükləyən kanal cəzalandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti