...

Şimali Koreya taktiki raketi sınaqdan keçirdiyini bildirib

Dünya xəbərləri Materials 2 İyul 2024 02:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 1-də Şimali Koreyanın Baş Raketqayırma İdarəsi yeni “Hwasong-11da-4.5” taktiki ballistik raketini uğurla sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi bildirib.

Qeyd edilib ki, yeni raket 4,5 tona qədər çəkisi olan ultra iri döyüş başlığını daşımaq iqtidarındadır.

Sınaqlar çərçivəsində maksimum 500 km, minimum isə 90 km məsafədə 2 raket buraxılıb.

Bundan əlavə, idarə iyul ayı ərzində raketin sınaq buraxılışlarını davam etdirəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti