Bakı. Trend:
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər dörd gəmiyə hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, üsyançılar həmin gəmilərin Britaniya, İsrail və ABŞ-lə əlaqəli olduğunu düşünüblər.
O bildirib ki, "MSC Unific" konteyner gəmisi, "Delonix" və "Lucky Sailor" maye kimyəvi tankerləri, həmçinin Britaniya donanmasının bir hissəsi olan "Anvil Point" dəstək gəmisi hücuma məruz qalıb.