...

Meksikada narkotik kartelləri toqquşub, 20 nəfər ölüb

Hadisə Materials 2 İyul 2024 07:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meksikanın cənubundakı Çiapas ştatında narkotik kartelləri arasında qarşıdurma baş verib.

Trend-in məlumatına görə, bu barədə “Excelsior” məlumat yayıb.

Hadisədə 20 nəfər ölüb.

Qeyd olunur ki, tərəflər arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində baş verib.

Ölənlərdən dördünün Çiapas əyaləti ilə həmsərhəd olan Qvatemaladan olduğu bildirilib.

İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti