Bakı. Trend:
Niderland hakimiyyəti 24 ədəd F-16 qırıcı təyyarəsinin Ukraynaya göndərilməsinə icazə verib.
Trend-in məlumatına görə, bu barədə müdafiə naziri Kaysa Ollonqren bildirib.
Qeyd olunub ki, ilk təyyarə tezliklə göndəriləcək.
Bunan öncə Niderland Müdafiə Nazirliyi F-16-ların ilk partiyasının yayın sonunda Ukraynaya çatdırılacağına söz vermişdi.