...

Keniyada etirazlar zamanı 39 nəfər ölüb

Dünya xəbərləri Materials 1 İyul 2024 22:23 (UTC +04:00)

Bakı. Trend:

Keniyada hökumət əleyhinə etirazlar zamanı 39 nəfər ölüb, 350-dən çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Keniya Milli İnsan Hüquqları Komissiyasından bildirilib.

"Əldə etdiyimiz məlumata görə, ölkə boyu etiraz aksiyaları zamanı 39 nəfər həlak olub, daha 361 nəfər yaralanıb", - deyə qeyd olunub.

Bildirilib ki, bundan əlavə, ölkə boyu keçirilən nümayişlər zamanı 32 nəfər itkin düşüb, 627 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti