...

Millimiz Macarıstan və İsveçrə ilə oyunlara hazırlaşır

İdman Materials 2 İyul 2024 09:46 (UTC +04:00)

Bakı. Trend:

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin son iki turuna hazırlığı davam etdirir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komandamız Macarıstan və İsveçrə yığmaları ilə üz-üzə gələcək.

Millimiz iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək. İyulun 8-də isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq.

Qeyd edək ki, millimiz iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti