...

İsveçrə Azərbaycanla oyuna onlarla çıxacaq

İdman Materials 2 İyul 2024 12:29 (UTC +04:00)

Bakı. Trend:

Qadın futbolçulardan ibarət İsveçrə millisinin heyəti açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi düşərgəyə 25 oyunçu çağırıb.

İsveçrəlilər Türkiyə və millimizə qarşı matçın hazırlıqlarına iyunun 20-də start verib.

Qapıçılar: Nadine Böhi (“Sent Qallen”), Elvira Herzoq (“Leypsiq”, Almaniya), Liviya Peng (“Verder”, Almaniya);

Müdafiəçilər: Larina Baumann (“Sent Qallen”), Luana Bühler (“Tottenhem”, İngiltərə), Viola Kalliqaris (“Yuventus”, İtaliya), Noelle Maritz (“Aston Villa”, İngiltərə), Nadine Riesen (Sent Qallen”), Yulia Stierli (“Sürix”);

Yarımmüdafiəçilər: Noemi İvelj (“Qrashopper”), Lia Kamber (“Lütsern”), Alişa Lehmann (“Yuventus”, İtaliya), Katerina Riqazzoni (“Sürix”), Komba Sov (“Sürix”), Meriam Terçoun (“Lozanna”), Smilla Vallotto (“Hammarbü”, İsveç), Leila Vandeler (“Lion”, Fransa);

Hücumçular: Lidia Andrade (“Leypsiq”, Almaniya), Amira Arfaoui (“Nürnberq”, Almaniya), Ramona Bakmann (“Hyuston”, ABŞ), Ana-Mari Krnoqorçeviç (“Atletiko”, İspaniya), Aurelye Ksillaq (“Bazel”), Naomi Luyet (“Frauen”), Ceraldine Reuteler (“Ayntraxt”, Almaniya), Sidney Şhertenleib (“Qrasshopers”).

Qeyd edək ki, İsveçrə - Azərbaycan qarşılaşması iyulun 16-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti