...

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Gündəm Materials 2 İyul 2024 10:22 (UTC +04:00)

Bakı. Trend:

İyulun 1-də ölkə ərazisində qeydə alınan 24, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti