...

Azərbaycan və Bolqarıstan arasında ticarətdə artan dinamika mövcuddur

İqtisadiyyat Materials 1 İyul 2024 12:14 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 57% artıb, 2024-cü ildə isə davamlı artım dinamikası var.

Trend xəbər verir ki, bu barədə bu gün kənd təsərrüfatı naziri, Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının həmsədri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığa dair 69 sənəd imzalanıb, daha 7 sənəd isə baxış mərhələsindədir.

"Ticarət əlaqələrini daha da genişləndirmək imkanı var. Həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə qətiyyətliyik", - deyə nazir əlavə edib.

O, Bolqarıstan şirkətlərini Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirak etməyə dəvət edib.

Nazirin fikrincə, Şərq-Qərb beynəlxalq transxəzər dəhlizinin inkişafı Bolqarıstan şirkətlərinə kommersiya faydası gətirə bilər.

"Azərbaycan mühüm regional habdır və ölkənin nəqliyyat imkanları Bolqarıstan üçün faydalı ola bilər", - deyə Məcnun Məmmədov qeyd edib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq və ticarət qarşılıqlı əlaqələrin inkişafına dair prioritetlər arasındadır.

"Turizm üçün böyük imkanlar görürük, üstəlik iyun ayından Bakı-Sofiya reysi açılıb. Həmçinin humanitar əlaqələrin və təhsil proqramlarının inkişafı üçün potensial mövcuddur", - deyə nazir əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti