...

Müəllim biliyi şagirdə ötürə bilmirsə, onun 51 bal yığmasının önəmi qalmır - Nazir

Cəmiyyət Materials 1 İyul 2024 10:48 (UTC +04:00)
Müəllim biliyi şagirdə ötürə bilmirsə, onun 51 bal yığmasının önəmi qalmır - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Təhsilin keyfiyyəti ilə bağlı çox ciddi çağırışlar var.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, sertifikasiya təhsilin keyfiyyətinə təsir edən amillərdən biridir.

“Müəllimin fənn biliyi tədris üçün zəruridir amma tək bunla bitmir. Müəllim biliyi şagirdə ötürə bilmirsə, onun 51 bal yığmasının önəmi qalmır. Düşünürəm ki, köklü islahatlara ehtiyacımız var. Ölkədə xeyli sayda yaxşı riyaziyyatçı, fizik olmasına baxmayaraq tədqiqatlar ümumən yoxdur. Hələ də 70-ci illərdən qalan, sovet dövründə Azərbaycana göndərilən metodik vəsaitlərdən istifadə edilir”,- deyə o bildirib.

E.Əmrullayev bildirib ki, dərslik kiminsə arzusunu reallaşdıracağı vəsait deyil. Kimsə öz şeirini dərslikdə görmək istəyir, kimsə bir hadisəni tarixi hesab edir, - bunları dərsliyə salmaq düzgün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti