...

Xocavəndin Qırmızı Bazar qəsəbəsində 1 tondan çox çətənə bitkisi yandırıldı

Cəmiyyət Materials 1 İyul 2024 12:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Tədbir zamanı Qırmızı Bazar qəsəbəsinin ərazisində yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti