...

Nohur gölündə suyun səviyyəsi artdı: ətraf ərazilər üçün təhlükəli vəziyyət yarandı

Cəmiyyət Materials 1 İyul 2024 19:22 (UTC +04:00)
Nohur gölündə suyun səviyyəsi artdı: ətraf ərazilər üçün təhlükəli vəziyyət yarandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nohur gölündə suyun səviyyəsi artıb və ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindəki Nohur gölündə suyun səviyyəsinin artması və ətraf ərazilər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Mərkəzin qüvvələri tərəfindən gölün daşmasının qarşısını almaq məqsədi ilə suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti