...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Bəşir Hacıyev kimdir? - DOSYE

Cəmiyyət Materials 1 İyul 2024 16:05 (UTC +04:00)
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Bəşir Hacıyev kimdir? - DOSYE
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Trend xəbər verir ki, 1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

Qeyd edək ki, Bəşir Hacıyev bu vəzifəyə qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti