...

Azərbaycan və Tacikistan bank sektorunda əlaqələri möhkəmləndirmək istəyir - AMB sədri

İqtisadiyyat Materials 1 İyul 2024 17:36 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Tacikistanın mərkəzi bankları arasında əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında bildirib.

"Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində Düşənbəyə işgüzar səfərimiz başlayıb. Səfər çərçivəsində ilk görüş tacikistanlı həmkarım Firdavs Tolibzoda ilə baş tutdu. Tacikistanın Seçki Qrupunun Toplantısı kimi mühüm tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdıraraq dəvətə görə təşəkkürümü bildirdim. Görüşdə mərkəzi banklar arasında əməkdaşlığın mövcud vəziyyətini, əlaqələrin daha da möhkəmləndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti