...

Bolqarıstan "Azərbaycan-Gürcüstan-Qara dəniz-Aİ" "yaşıl" enerji dəhlizinin inkişafında iştirak edəcək

Yaşıl iqtisadiyyat Materials 1 İyul 2024 15:15 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan "Azərbaycan-Gürcüstan-Qara dəniz-Aİ" "yaşıl" enerji dəhlizinin inkişafında iştirak edəcək və bu layihəni Bakıda müzakirə etməkdən məmnundur.

Trend xəbər verir ki, bu barədə bu günBolqarıstan energetika naziri Vladimir Malinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında deyib.

"Ötən həftə Bolqarıstanın Nazirlər Şurası 20 faiz payla bu layihədə iştiraka razılıq verib. Azərbaycanın "yaşıl" layihələri inkişaf etdirməsini vacib hesab edirik. İnanırıq ki, Bolqarıstan bu layihədə mühüm rol oynayacaq", - deyə Malinov vurğulayıb.

Xatırladaq ki, bu cür dəhlizin yaradılması təşəbbüsü 2022-ci ildə Aİ ilə Azərbaycan arasında irəli sürülüb. Söhbət Xəzər dənizində Azərbaycanın gələcək külək stansiyalarından Avropaya mümkün enerji nəqlindən gedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti