...

"Zirə" afrikalı futbolçunu transfer edib

İdman Materials 1 İyul 2024 20:48 (UTC +04:00)

Bakı. Trend:

Ölkə kubokunun finalçısı “Zirə” yeni futbolçu ilə anlaşıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Ange Mutsinzi Norveçin “Jerv” klubundan transfer olunub. Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ange Ruanda millisində 20 matça çıxıb.

Qeyd edək ki, "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti