...

Bakıda bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub (YENİLƏNİB)

Hadisə Materials 1 İyul 2024 08:18 (UTC +04:00)

Bakı. Trend:

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Binəqədi rayon Prokurorluğundan bildirilib.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

XXX

07:29

Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti