...

Türkiyənin Antalya hava limanında beynəlxalq reyslər kütləvi təxirə salınıb

Dünya xəbərləri Materials 1 İyul 2024 19:29 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya hava limanında uçuşlarda gecikmələr yaranıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, kütləvi fasilələrə səbəb maaşların artırılmasını tələb edən aviadispetçerlərin tətili olub.

Bundan əlavə, yüksək turizm mövsümü də öz təsirini göstərib. Ləngimə hələ 10 gün davam edəcək.

Qeyd edilir ki, iyunun 29-da hava limanında 209 min nəfərlik rekord sərnişin axını qeydə alınıb. Liman əsasən beynəlxalq olmaqla, 1 100-dən çox uçuş həyata keçirib və trafik artmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti